Haqqımızda

Biz Kimik?
"Dar məkanlar üçün ən dəbli həll yolları" şüarı ilə yola çıxan Ruum Store rahat mebellərin rəqəmsal ünvanıdır. Ruum Store sərfəli qiymətlərlə keyfiyyətli və funksional mebelləri, yaşayış sahələrini funksional və erqonomik məhsullarla döşəmək istəyən internet istifadəçilərinə təqdim edir. Xüsusilə kiçik sahələri hədəf alan modellərə diqqət yetirən dizaynerlər, yaşayış məkanlarınızda faydalı sahələr yaradaraq öz dekorasiya üslubunuzu yaratma fürsəti təqdim edirlər.

Ruum Store Fərqi
Keyfiyyətli xammal və sağlam işçilik ilə hazırlanan Ruum Store məhsulları detallı şəkildə hazırlanır. Futuristik tərzə uyğun olaraq dizayn etdiyimiz məhsullarda gələcəkdəki dekorasiya fikirlərinizi də nəzərə alaraq hərəkət edirik. Bu səbəblə, istehsal ediyimiz bir çox mebel bir-birinə uyğun gələcək şəkildə xüsusi detallarla hazırlanmışdır. Müştərilərimiz evlərinə aldıqları mebelləri gələcəkdə başqa bir Ruum Store məhsulu ilə asanlıqla uyğunlaşdırmaq şansına sahib olacaqdır.

Ölçü Avantajı
En, uzunluq, hündürlük ... Hər ölçü tam eviniz üçündür! Geniş məhsul çeşidi və fərqli rəng alternativləri ilə Ruum Store öz stilinizi olduğunuz mühitə əks etdirməyi hədəfləyir. Mebeldə keyfiyyət, funksionallıq və münasib qiymət kimi meyarları maksimum səviyyədə təmin edən Ruum Store, evlərinizin şık bir imicə sahib olmasını təmin edir.

Geniş Kolleksiya
Ruum Store-un zəngin məhsul çeşidində masadan iş masasına, kitab dolabından pufa, tumbadan televizor stendinə qədər çox sayda funksional mebel əldə etmək imkanınız var. Üstəlik məhsullar asan başa düşülən istifadəçi təlimatları və videoları sayəsində praktiki bir şəkildə quraşdırılır və xəyallarınızdakı dekorasiyanı qısa müddətdə əldə etməyə imkan verir.

Rahat və Təhlükəsiz Onlayn Alış-veriş
İlham verən fikirlərlə yola çıxan və zamansız bir moda brendi olan Ruum Store, estetik dizayn kodları ilə evinizə özəl toxunuşlar edir. Funktsionallığı və estetik dizaynları bir araya gətirən Ruum Store-da əlverişli qiymət siyasətləri də diqqət çəkici xüsusiyyətlərdəndir. İki illik zəmanət və satış sonrası xidmət keyfiyyəti istifadəçilərə rahat onlayn alış-veriş təcrübəsi qazandırır.


Keyfiyyətli istehsal anlayışından qaynaqlanan Ruumstore.az, praktik və iqtisadi həllərin mərkəzidir.